Almaniya kansleri Baydenin yolunu getdi - Video

Almaniya kansleri Olaf Şolts Albaniya paytaxtına səfəri zamanı gözlənilmədən qırmızı xalıda azıb...

Sosial media istifadəçiləri ABŞ Prezidenti Co Baydenin tez-tez məkanlarda itməsini nəzərdə tutaraq alman siyasətçi ilə bağlı vəziyyəti “Bayden sindromu” adlandırıblar.

Belə ki, iqamətgaha gedərkən kansler yolu səhv salıb, hətta qırmızı xalıdan çıxıb. Ancaq sonra ona səhv getdiyi işarə edilib və o, yolunu dəyişib.

Jurnalistlər onun bu davranışını Ağ Ev rəhbəri Co Baydenin hərəkətləri ilə müqayisə ediblər.

Həmin kadrları təqdim edirik.

Poliqon.info