ABŞ HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ Maliyyə Nazirliyi Fələstinin İslami HƏMAS hərəkatının İsrailə hücumu ilə əlaqədar ona qarşı sanksiyalar hazırlayır...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Portal xəbər verir ki, sanksiyaların bu həftənin əvvəlində tətbiq oluna biləcəyi gözlənilir.

“Axios” mənbələrinin fikrincə, sanksiya siyahısına bir neçə HƏMAS lideri, Fələstin İslami hərəkatını maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları da sanksiyalara məruz qala bilər. Bu sanksiyalarla ABŞ Maliyyə Nazirliyi xarici hökumətlərin köməyi ilə HƏMAS-ın qeyri-qanuni maliyyə fəaliyyətini tamamilə dayandıra biləcəyinə ümid edir.

Mənbələrdən biri nəşrə bildirib ki, “HƏMAS liderlərinin ABŞ-da heç bir əmlakı olmasa da, sanksiyalar onların yerləşdiyi bəzi ölkələrə, məsələn, Qətərə təzyiqi artıracaq”.

Gözlənilir ki, HƏMAS-a qarşı yalnız “sanksiyaların ilk raundu” bu həftə qəbul edilərək qüvvəyə minəcək, sonra isə “əlavə tədbirlər” görüləcək.

Poliqon.info