Bayden “bir dost kimi” Netanyahuya ağır suallar verəcək

ABŞ prezidenti Co Bayden İsrailə səfəri zamanı “bir dost kimi” Netanyahuya HƏMAS-la müharibə ilə bağlı bir sıra çətin suallar verəcək...

ABŞ prezidenti Co Bayden İsrailə oktyabrın 18-nə planlaşdırılan səfəri zamanı Baş nazir Benyamin Netanyahuya Təl-Əvivin Fələstinin İslami HƏMAS hərəkatı ilə müharibəsi ilə bağlı “bir sıra çətin suallar” verəcək.

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Kirbinin sözlərinə görə, Co Bayden “İsrailin dostu” və İsrail xalqı ilə tam həmrəylik ifadə edən siyasi lider kimi bu sualları vermək niyyətindədir.

“O, İsrailin əsl dostu kimi bir sıra çətin suallar verəcək”, deyə Kirbi Qəzza zolağının bombalanması zamanı İsrail tərəfindən ordunun mümkün qeyri-mütənasib istifadəsi ilə bağlı sualı cavablandırarkən deyib.

Poliqon.info