Ağ Ev: Ukraynaya ötürülən ATACMS raketlərinin mənzili 165 kilometrdir

Amerika hakimiyyətinin az miqdarda Kiyevə ötürdüyü ATACMS taktiki raketlərinin uçuş məsafəsi 165 km-dir...

Poliqon CNN telekanalına istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Vatson bildirib. Onun sözlərinə görə, bu məsafə optimaldır və Ukrayna hərbçilərinə hücum əməliyyatlarını daha effektiv keçirməyə kömək etməlidir.

“Mən rəsmi şəkildə təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar həqiqətən də Ukraynaya ordusunun ehtiyacları üçün ATACMS raketləri verib. Bu raketlərin uçuş məsafəsi 165 km-ə qədərdir. Biz inanırıq ki, bu, bizim döyüş hazırlığımızı riskə atmadan Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə artırmalıdır”, deyə xanım Uotson izah edib.

Uotson ATACMS təchizatının Ukrayna ordusunun hazırda apardığı əks-hücuma necə təsir edə biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, dünən The Wall Street Journal qəzeti yazıb ki, ATACMS raketləri Ukrayna Silahlı Qüvvələri tərəfindən oktyabrın 17-nə keçən gecə Zaporojye vilayətindəki Berdyansk aerodromunda və Luqanskda Rusiya hərbçilərinə hücum etmək üçün istifadə edilib.

Rusiya Federasiya Şurasının üzvü Dmitri Roqozin Zaporojye Berdyanskda ATACMS elementlərinin tapıldığını təsdiqləyib. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski açıq şəkildə bəyan edib ki, Ukrayna ordusu həqiqətən də ABŞ-dan Kiyevə verilən yeni uzaqmənzilli raketləri döyüş meydanında istifadə edən ilk ölkə olub.

Poliqon.info