Ursula fon der Leyen: Qəzzada xəstəxanaya hücumun heç bir əsası yoxdur...

Qəzza şəhərindəki xəstəxanaya hücum heç bir əsası olmayan hərbi cinayətdir...

Poliqon xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib. AK rəhbəri hesab hesab edir ki, hadisəyə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir. Bununla belə Aİ rəsmisi tibb müəssisəsinə hücuma görə heç kimi ünvanlı günahlandırmayıb.

“Əl Əhli xəstəxanasına edilən hücumdan və çoxlu sayda insanın həyatını itirməsindən kədərlənirəm. Tibb işçiləri və mülki şəxslərlə dolu olan xəstəxanaya hücumun heç bir əsası yoxdur. Bütün faktlar müəyyən edilməli və məsul şəxslər cavab verməlidir”, deyə xanım fon der Leyen X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Leyen həmçinin hadisənin bütün hallarını hərtərəfli araşdırmağa çağırıb.

Oktyabrın 17-də axşam saatlarında Qəzzada xəstəxanaya zərbə endirilib. “Al Arabiya” telekanalının məlumatına görə, azı 800 nəfər bu hücumun qurbanı olub.

İsrail ordusu hadisə ilə bağlı təhqiqat apardığını bildirib və insidenti “İslami Cihad”ın uğursuz raket buraxılışı ilə əlaqələndirib. İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İsrail ordusu xəstəxanaya zərbə endirməyib və baş verənlərə görə məsuliyyət “Qəzza zolağından olan barbar terrorçuların” üzərinə düşür.

Fələstin prezidenti Mahmud Abbas zərbəni “İsrailin hərbi cinayəti” adlandırıb və onun qurbanları üçün üç günlük matəm elan edib.

ABŞ və Böyük Britaniya hakimiyyət orqanları insidentlə bağlı birgə hərtərəfli araşdırma aparmaq niyyətlərini artıq açıq şəkildə bəyan ediblər.

ABŞ prezidenti Co Bayden köməkçilərinə xəstəxana tətili ilə bağlı məlumat toplamaq göstərişi verdiyini deyib.

Poliqon.info