Türkiyə İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib

Türkiyə İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını ən sərt şəkildə qınayır...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Hücumlarda həyatını itirən fələstinli qardaşlarımıza rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Birbaşa mülki insanları hədəf alan, xəstəxana və məktəbləri vuran zehniyyətin beynəlxalq hüquq və vicdan qarşısında cavab verməsi qaçılmazdır”, - deyə XİN-dən bildirilib.

Poliqon.info