Makron İsrailə səfər etmək niyyətindədir

Fransa prezidenti Emmanuel Makron İsrailə səfər etmək niyyətindədir...

Poliqon xəəbər verir ki, Fransa prezidenti yaxın vaxtlarda İsrailə getmək istədiyini bildirsə də, səfərin tarixini dəqiqləşdirməyib.

“Mən İsrailin özünümüdafiə hüququnu dəstəkləyirəm. Amma bu, həmişə beynəlxalq hüquqa, humanitar hüquqa hörmətlə uyğun olmalıdır”, deyə Makron bildirib.

Qeyd edək ki, İsraillə Qəzza zolağı arasında müharibə başlayandan bəri bir sıra dünya liderləri, o cümlədən AK rəhbəri Ursula fon der Leyen, Almaniya kansleri Olaf Şolz, İsraillə “həmrəylik ifadə etmək” üçün Təl-Əvivə səfər ediblər. Sabah isə ABŞ prezidenti Co Bayden İsrailə gedəcək.

Poliqon.info