BQXK: "Hazırda Füzulidə itkinlərin axtarışı üzrə ekshumasiya işləri davam edir"

"Hazırda Füzulidə itkinlərin axtarışı üzrə ekshumasiya işləri davam edir".

Poliqon xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru Elif Güney Eskiköy jurnalistlərə açıqlamasında deyib.

BQXK koordinatoru ötən il Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə pilot layihəyə başladıqlarını bildirib: "Layihə hələ də davam edir və hazırda bunun 6-cı ərazi çalışması gerçəkləşdirilir. Bununla da ərazi fəaliyyəti tamamlanacaq və identifikasiyaya fokuslanacağıq”.

Poliqon.info