Paşinyanın Avropa Parlamentində gözlənilən çıxışı Brüssel görüşünə necə təsir edəcək?

Bu gün Ermənistanın Baş naziri Avropa Parlamentində çıxış edəcək...

Politoloq: “Avropa Parlamentində erməni diasporunun fəal köməyi ilə parlamentdəki müxtəlif logistika quruplar Ermənistanın “harayına” çatmaq üçün sıraya düzüləcəklər”.

“Əgər Avropa Parlamentində Azərbaycana qarşı həddindən artıq kampaniya irəli sürüləcəksə, bu liderlərin gözlənilən görüşünə ciddi kölgə sala bilər”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın Baş nazirinin Avropa Parlamentində gözlənilən çıxışını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Baş naziri Avropa Parlamentində çıxış edəcək. Paşinyanın bu çıxışında Azərbaycana qarşı əsasız ittihamlar irəli sürməsi istisna olunmur və böyük ehtimalla Paşinyan Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edəcək. Avropa Parlamentinin isə Azərbaycana qarşı qərəzli mövqeyi də ortadadır.

Bu çıxışın Brüssel görüşünün öncəsində baş tutması nədən xəbər verir? Biz növbəti dəfə Azərbaycan və Ermənistanın liderlərinin görüşünün pozulması ilə üzləşə bilərikmi?

Ermənistanın Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli çıxışını Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “İnanmıram ki, bu cür kampaniyalar sülhyaratma prosesinə hər hansı bir tövhə verə biləcək”.

Azərbaycanı qaralama kampaniyasına Paşinyanın çıxışının yeni bir dəstək verəcəyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bütün bu düzəldilmiş şou kampaniyası Azərbaycanın əleyhinə kin-küdurət qusmaqda, müxtəlif uydurmaları dövriyyəyə buraxmaqda əlindən gələni əsirgəməyəcək:

“Əlbəttə, ermənilər hər düşən fürsətdən maksimum yararlanmağa çalışırlar. İndi bütövlükdə Avropa Birliyi yalançı qaçqınlar problemini bəhanə edərək Azərbaycanı qaralamaq kampaniyasında yaxından iştirak edirlər. Bu nöqteyi-nəzərdən Avropa Parlamentində erməni diasporunun fəal köməyi ilə parlamentdəki müxtəlif logistika quruplar Ermənistanın “harayına” çatmaq üçün sıraya düzüləcəklər.

Bu qaralama kampaniyasına Paşinyanın çıxışı isə yeni bir dəstək verəcək. Bütün bu düzəldilmiş şou kampaniyası Azərbaycanın əleyhinə kin-küdurət qusmaqda, müxtəlif uydurmaları dövriyyəyə buraxmaqda əlindən gələni əsirgəməyəcək. Halbu ki, qaldırılan məsələlərin heç biri praktikada öz əksini tapmır. Üstəlik də, bu həddindən artıq anormal bir çıxış olacaq.

Qabil Hüseynli: “Hətta, bu kampaniyalar liderlərin görüşünün baş tutmasını yenə də əngəlləyə bilər”.

Məlumdur ki, Avropa Birliyi Brüssel görüşünü keçirməyə çalışır və bu görüşdə sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atmaq niyyətində olduğunu bildirir. Amma inanmıram ki, bu cür kampaniyalar sülhyaratma prosesinə hər hansı bir tövhə verə biləcək.

Ümumiyyətlə, əgər Avropa Parlamentində Azərbaycana qarşı həddindən artıq kampaniya irəli sürüləcəksə, bu liderlərin gözlənilən görüşünə ciddi kölgə sala bilər. Hətta, bu kampaniyalar liderlərin görüşünün baş tutmasını yenə də əngəlləyə bilər”.

Nərminə UMUDLU Poliqon.info