Putin Çində Pakistanın Baş naziri ilə görüşəcək

Peskov: Putin Pakistanın Baş naziri Ənvar-ül-Haq Kakarla Çində görüşəcək...

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Pakistanın Baş naziri vəzifəsini icra edən Ənvar-ül-Haq Kakar arasında görüş keçirəcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb. Görüş Çində “Bir kəmər, Bir yol” Forumu çərçivəsində baş tutacaq.

“Bu gün yekun görüş Pakistanla olacaq. Bu səhər tezdən razılaşdırılan budur. Qalan hər şey plana uyğun olacaq”, deyə Peskov bildirib.

Qeyd edək ki, Putin bu gün “Bir kəmər, Bir yol” Forumunda iştirak etmək üçün Çinə səfər edib. Forum çərçivəsində Rusiya prezidenti həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək. Bu görüşlərdən biri də Çin sədri Si Tsinpinlə - oktyabrın 18-nə planlaşdırılıb.

Poliqon.info