Qərb tələb edir, Türkiyə isə tələsmir

Qərbin ilin sonuna qədər cavabın verilməli olduğu barədə siqnallarına baxmayaraq, Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsməyəcək...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyə vaxtaşırı Qərb ölkələrindən İsveçin NATO-ya üzvlüyünü tez bir zamanda ratifikasiya etməyin zəruriliyi barədə siqnallar alır. O qeyd edib ki, Türkiyə şərtlər və zaman çərçivələri qoyula bilən ölkə deyil.

“Qərarı parlament vəziyyətin təhlili əsasında qəbul edəcək, biz tələsmirik və tələsmək niyyətində deyilik”, deyə mənbə bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​Brüsseldə keçirilən görüşdə NATO müttəfiqlərini Ankaranın İsveçin Alyansdakı üzvlüyünü ratifikasiya etmək sazişinə sadiq qalacağına əmin edib.

Oktyabrın 5-də İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, İsveç hakimiyyəti krallığın Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətinə Türkiyə parlamentində baxılması perspektivlərini müsbət qiymətləndirir.

Poliqon.info