İmişlidə traktorla minik maşını toqquşub, xəsarət alanlar var

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza İmişli rayonu Cəfərli kəndində qeydə alınıb.

Hadisə zamanı Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Samir Fazil oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə traktor toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan sərnişin - Cəfərli kənd sakini Məmmədov Cavad Azad oğlu xəsarət alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info