Rövnəq Abdullayevin məsuliyyətə cəlb olunması gündəmdədir...

2005-2022-ci illərdə SOCAR-ın prezidenti vəzifəsini tutan və ölkənin ən varlı adamına çevrilən Rövnəq Avdullayevin məsuliyyətə cəlb olunması istisna olunmur...

Qeyd edək ki, bu barədə redaksiyamıza məlumat verən mənbə bildirib ki, artıq ölkə xaricinə çıxışına da yasaq qoyulan Rövnəq Abdullayevin SOCAR prezidenti kimi çalışdığı 17 il yoxlanılır. Mənbə istisna etmir ki, araşdırma sonucunda böyük yeyinti faktları aşkarlanacaq və bu mənimdsəmə halalrı milyard manatlarla ölçüləcək.

Qeyd edək ki, bu illər ərzində Dövlət Neft Şirkətindən külli miqdarda qazanc əldə edənlər arasında Rövnəq Abdullayevin ən yaxın çevrəsinin və qohumlarının adı hallanıb. Ona yaxın olan insanların şirkətləri SOCAR-ın ən “yağlı” hissələrindən qıdalanıblar və bu yolla sözün həqiqi mənasında böyük pullar mənimsənilib.

Poliqon.info