ABŞ-ın Qəzza mövqeyi - Nə qədər ədalətlidir?..

ABŞ Dövlət Katibi Entoni Blinken fələstinlilərin Qəzzadan köçürülməsindən danışıb...
Politoloq: “ABŞ Dövlət Katibi Entoni Blinkenin açıqlamasından belə qənaətə gəlmək olar ki, Qəzza zolağında olan fələstinlilərin Sinay yarımadasına köçürülməsini həm İsrail tərəfi, həm də ABŞ dövləti istəyirmiş. Amma region dövlətləri imkan vermirlər”.

“Belə görünür ki, ABŞ Qəzza zolağında olan fələstinlilərin faktiki olaraq öz torpaqlarından çıxmasının tərəfdarıdır. Düşünürəm ki, bu heç də doğru hal deyil”.

Bu sözləri politoloq Samir Hümbətov ABŞ dövlət katibinin fələstinlilərlə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Katibi Entoni Blinken deyib ki, Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbasdan və faktiki regionun digər ölkələrinin liderlərindən birbaşa eşidib ki, onlar fələstinlilərin Qəzzadan Sinay yarımadasına köçürülməsinin əleyhinədirlər, ona görə Bayden administrasiyası da bunu dəstəkləmir.

Blinkenin bu bəyanatından hansı nəticələr çıxarmaq olar?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Blinkenin açıqlaması əslində o deməkdir ki, ABŞ bölgədən fələstinlilərin köçürülməsinin tərəfdarı olduqlarını etiraf edir”.

Nə Misir, nə İordaniya, nə də digər dövlətlərin, hətta Livanın belə bu bölgədən olan qaçqınların bölgədən çıxarılmasının tərəfarı olmadıqlarını qeyd edən politoloq Poliqon-a bildirib ki, istənilən ölkəyə iki milyonluq qaçqın böyük bir təhdid yarada bilər:

“ABŞ Dövlət Katibi Entoni Blinkenin açıqlamasından belə qənaətə gəlmək olar ki, Qəzza zolağında olan fələstinlilərin Sinay yarımadasına köçürülməsini həm İsrail tərəfi, həm də ABŞ dövləti istəyirdi. Amma region dövlətləri imkan vermirlər. Yəni, faktiki olaraq təmizlənmə siyasətinə region dövlətləri icazə vermək istəmir. Blinkenin dediklərindən bir də belə nəticə çıxarmaq olar ki, Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbas da köçürülmənin tərəfarı olub, amma region dövlətləri imkan vermədiyi üçün köçürmə alınmayıb.

Belə görünür ki, ABŞ Qəzza zolağında olan fələstinlilərin faktiki olaraq öz torpaqlarından çıxmasının tərəfdarıdır. Düşünürəm ki, bu heç də doğru hal deyil. Yəni, bu qərar böyük problemlər ortaya çıxara bilər. Nə Misir, nə İordaniya, nə də digər dövlətlər, hətta Livan belə bu bölgədən olan qaçqınların bölgədən çıxarılmasının tərəfarı deyillər. Çünki istənilən ölkəyə iki milyonluq qaçqın böyük bir təhdid yarada bilər.

Bu baxımdan düşünürəm ki, Blinkenin açıqlaması əslində o deməkdir ki, ABŞ bölgədən fələstinlilərin köçürülməsinin tərəfdarı olduqlarını etiraf edir. Amma ABŞ-dan asılı olmayan səbəblərdən köçürülməni həyata keçirmək olmur. ABŞ faktiki olaraq bunu demək istəyir”.

Nərminə UMUDLU Poliqon.info