Putinə görə Ukrayna ordusunun əks-hücumu zamanı Rusiya 11 min hərbiçi itirib

Rusiya prezidenti Ukrayna ordusunun əks-hücumu zamanı 11 mindən çox rus hərbçisinin itkisini etiraf edib...

Poliqon xəbər verir ki, Vladimir Putin Çin Media Korporasiyasına (CMG) müsahibəsi zamanı bildirib ki, əks-hücum zamanı Ukraynanın itkisi Rusiya itkilərinə nisbəti 8-ə 1olub. Bu nisbətdən və prezidentin əvvəlki bəyanatından istifadə etsək, məlum olur ki, Rusiya itkiləri 11 mindən çox olub.

“Beləliklə, ukraynalılar əks-hücum adlanan aktiv döyüşlərə başladılar. İyunun 4-dən bu döyüşlər davam edir. Hələlik heç bir nəticə yoxdur, yalnız böyük itkilər var. İtkilər sadəcə böyükdür. Ukrayna və Rusiyanın itkiləri 8-ə 1nisbətindədir”, deyə Putin müsahibəsində deyib.

Qeyd edək ki, Putin sonuncu dəfə oktyabrın 5-də əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı rəqəmləri açıqlamışdı. Onun məlumatına görə, bu vaxta qədər Ukraynanın bərpa olunmayan sanitar itkiləri (yaralananlar, öldürülənlər, itkin düşənlər və əsir götürülənlər) 90 min nəfəri ötüb.

Ukrayna əks-hücum başlayandan bəri itkilərini açıqlamayıb. Kiyev sonuncu dəfə bu barədə ötən ilin dekabrında məlumat vermişdi. Ukrayna prezidentinin müşaviri Mixail Podolyak daha sonra Ukrayna Silahlı Qüvvələrinin 13 min hərbçinin həlak olduğunu bildirmişdi. Oktyabrın 16-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibədə itkilərini 288 min hərbçi kimi qiymətləndirib.

Mənbə: “Aqentstvo” nəşri

Poliqon.info