Macarıstan Ukraynadan nə tələb edir?

Budapeşt Kiyevdən Macarıstanın OTP Bank Qrupunun “müharibə sponsorları” siyahısına daxil edilməsinə bənzər vəziyyətin təkrar olunmayacağına dair zəmanət tələb edir...

Poliqon xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Ukraynanın OTP-ni bu siyahıya daxil etməsinin səbəbləri gülüncdür. Onların reallıqla heç bir əlaqəsi yoxdur. Əvvəldən məlum idi ki, bu, 100% siyasiləşdirilmiş qərardır”, deyə Macarıstan diplomatik xidmətinin rəhbəri bildirib.

Siyarto əlavə edib ki, Budapeşt indi Kiyevin bankla bağlı belə vəziyyətin bir daha baş verməyəcəyinə dair zəmanətinə ümid edir. Onun sözlərinə görə, Macarıstan Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin (NAPC) nümayəndə heyətini səfərini gözləyir. Bununla belə, Siyarto əlavə edib ki, qurum Macarıstana rəsmi səfər etməyə hazır olduğuna dair təsdiqi hələ verməyib.

Poliqon.info