Göyçayda TIR-la minik avtomobili toqquşdu: Dəhşətli qəzada ölən və xəsarət alanlar var - Yenilənib

Göyçay-Ucar yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib...

Göyçayda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 16-sı səhər saat 8 radələrində Göyçay rayonu, Yeniarx kəndi ərazisində, Ucar rayon sakini, Mürsəl Abdullayevin idarə etdiyi VAZ-21015 və İlfan Dovudovun idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobili (TIR) toqquşub.

Hadisə nəticəsində xəsarət alan VAZ-ın sürücüsü, eləcə də digər iki sərnişini - Zamiq Həmidov və Elvin Əhmədov xəstəxanaya yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Göyçayda baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ağır bədən xəsarətləri alıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, qəza zamanı TIR növlü yük avtomobili VAZ-21015 markalı avtomobillə toqquşub.

Hadisə zamanı 2003-cü il təvəllüdlü Əhmədov Elvin və 1995-ci il təvəllüdlü Mürsəl Səlim oğlu Abdullayev ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, yaralılar var.

Hazırda Göyçay Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları ərazidədirlər.

Əlavə məlumat veriləcək.

Poliqon.info