Putin: Rusiya və Çin həmişə kompromis tapmağa çalışıblar

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya və Çin münasibətlərində hər zaman kompromis tapmağa çalışıblar...

Poliqon xəbər verir ki, Putin bunu Çin Media Korporasiyasına müsahibəsində bildirib. Rusiya prezidenti qeyd edib ki, hər iki ölkə hər zaman öz milli maraqlarını birinci yerdə tutub, lakin mürəkkəb məsələlər də olsa belə kompromis əldə etməyə cəhd edirlər.

“Hər iki tərəfdə növbəti addımı axtararkən həmişə qarşı tərəfin fikir və maraqlarını dinləmişik. Hətta bunlar əvvəlki dövrlərdən bizə miras qalmış bəzi mürəkkəb məsələlər olsa belə, biz həmişə istənilən məsələdə kompromis tapmağa çalışmışıq”, deyə Putin müsahibəsində bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Pekində “Bir kəmər, bir yol” forumunda gedəcək. Səfər çərçivəsində Putinin Çin prezidenti Si Tsinpinlə də görüşü nəzərdə tutulub. Danışıqların tete-a-tete formatında aparılacağı gözlənilir. Səfər oktyrabrın 17-də baçlayacaq və çərşənbə günü başa çatacaq.

Poliqon.info