Abbas HƏMAS-ı bütün fələstinlilərin qanuni təmsilçisi hesab etmir

Fələstin prezidenti Mahmud Abbas hesab edir ki, Qəzza zolağına nəzarət edən Həmas hərəkatı bütün Fələstin xalqını təmsil etmir...

Poliqon France Press Agentliyinə istinadən xəbər verir ki, Mahmud bunu Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığında deyib.

Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Abbas deyib ki, “Fələstin Azadlıq Təşkilatının siyasətləri, proqramları və qərarları Fələstin xalqını Fələstin xalqının yeganə qanuni nümayəndəsi kimi təmsil edir, başqa bir təşkilatın siyasəti deyil”.

Abbas İsrailin fələstinlilərə qarşı təcavüzkar hərəkətlərinə son qoymağa və Qəzza zolağında mülki şəxslərə yardım göstərməyə çağırıb. Fələstin prezidenti humanitar dəhlizlərin təşkilinin zəruriliyini də bəyan edib.

Poliqon.info