İran XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 18-də Səudiyyə Ərəbistanına səfər edəcək

Poliqon.info APA-ya istinadən bildirir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

İran xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı çərşənbə günü Ciddədə keçirilməsi planlaşdırılan fövqəladə iclasında iştirak edəcəyini bildirib.

Poliqon.info