Luvr muzeyinə bomba qoyulması xəbəri yayılıb, ziyarətçilər təxliyə edilib - VİDEO

Fransanın ən böyük muzeylərindən biri olan Parisdəki Luvr muzeyinə bomba qoyulması xəbəri yayılıb...

APA xəbər verir ki, bu barədə BFMTV kanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Bomba xəbəri yayıldıqdan sonra muzeyin qapıları ziyarətçilər üçün bağlanıb. Qeyd edilib ki, muzeyə gedənlər təcili təxliyə edilib, polis sarayı mühasirəyə alıb, araşdırma aparılır.

Poliqon.info