Mikayıl Cabbarov: "Qeyri-neft-qaz özəl sektorda 340 mindən çox əmək müqavilələri bağlanıb"

Əmək bazarının “ağardılması” məqsədilə əmək haqları üzrə aparılmış islahatlar sayəsində qeyri-neft-qaz özəl sektorda 340 mindən çox yeni əmək müqavilələri bağlanıb.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, son illərdə vergi sistemində aparılmış köklü islahatlar nəticəsində iqtisadiyyatda şəffaflaşma səviyyəsi yüksəlib, nəticədə 2022-ci ildə tarixizmdə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat vergi daxilolması təmin edilib: "Özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74 %-i ötüb. Qeyri-neft-qaz özəl sektorun cəmi əmək müqavilələrində payı 50 %-ə çatmaqdadır".

Poliqon.info