Azərbaycanda gələn il 59 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

2024-cü ildə Azərbaycanda 66 şəhər və rayondan cəmi 7-si öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

Poliqon.info bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilandır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 9,35 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 59 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.

Poliqon.info