Abbas Əmmanda Blinkenlə görüşüb

Fələstin lideri fələstinlilərin Qəzzadan köçürülməsinə son qoymağa çağırıb...

Poliqon WAFA nəşrinə istinadən xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas bu gün ABŞ-ın Dövlət Katibi Entoni Blinkenlə gürüşündə İsrailin təcavüzünə və fələstinlilərin Qəzzadan köçürülməsinə dərhal son qoymağa çağırıb.

Fələstin prezidenti həmçinin Qəzza zolağına təcili humanitar dəhlizlərin açılmasını, orada çətin vəziyyətdə olan Fələstin vətəndaşları üçün dərman, su, elektrik və yanacaq təchizatının təmin edilməsini istəyib.

Abbas həmçinin İordan çayının qərb sahilində Fələstinin şəhər, kənd və qaçqın düşərgələrində fələstinlilərə qarşı israilli mühacirlərin terroruna və vəziyyəti gərginləşdirən ekstremistlərin Məscidül-Əqsaya hücumlarına son qoymağa çağırıb.

Fələstin prezidenti hər iki tərəfdən mülki şəxslərin öldürülməsi və ya sui-istifadəsi ilə bağlı hərəkətlərə qarşı olduğunu bir daha təkrar edərək, mülki şəxslərin, məhbusların azad edilməsini istəyib.

Poliqon.info