Lukaşenko: Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır

Ermənistan MDB ölkələrinə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır...

Poliqon xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bişkekdə MDB sammitində bildirib. Lukaşenkonun fikrincə, MDB-də vəziyyəti daha tənqidi qiymətləndirilməlidir və heç kimin başını qumda gizlətməməsi lazımdır.

“Qərb bu günə qədər bizi sarsıtmağa, zəiflətməyə və öz maraqlarına tabe etməyə cəhd etməkdə davam edir. Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova haqqında böyük suallar var. Təəssüf ki, indi də Ermənistan özünü heç də həmişə tərəfdaş kimi aparmır”, deyə belarusun dövlət başçısı bildirib.

Lukaşenko vurğulayıb ki, bunu kənardan sakitcə müşahidə etmək olmaz, əks halda Birlik sadəcə olaraq parça-parça olacaq.

“Biz görürük ki, bir anda başımıza atılan bütün köhnə münaqişələr qaçılmaz olaraq çox acınacaqlı nəticələrlə üzə çıxır. Allaha şükürlər olsun ki, nəinki bu münaqişələrin həllinə meyl var, hətta bəzilərinin öhdəsindən uğurla gəlinib”, deyə Lukaşenko vurğulayıb.

Poliqon.info