Turan nəğməsi...

Poliqon gənc şair Nicat Hunalpın şeirini oxucularına təqdim edir...

Altaylarda at qoşdurub,Şimşək təki çaxan TürkəmQafqazlarda Şeyx Şamiləm,Altaylarda şaman Türkəm

Adım gəlsə qorxar cahan,Babam Teymur Sahibqıran,Ana vətən,ulu Turan,Dünya bilir mən xan Türkəm

Malazgirddə Alparslanam,Çingizxanam,Metexanam,El quranam,yurd quranam,Mən ər Türkəm azman Türkəm

Sözüm vardı yazdım daşa,Orxonlarda döndüm daşa,Yaşa dədəm Qorqud yaşa,Əzəlindən ozan Türkəm

Damarımda Bozqurd qanı,Tanı məni dünya tanı,Yaranışdan bu cahanı,Nizamlayıb quran Türkəm

Dalan Balcutda Çingizəm,Tarixlərdə ilk son sözəm,Dəli Türkəm safam özəm,Qurd geyimli yaman Türkəm

Qurbaşlı bayraq mənimdi,Tarix bilir haqq mənimdi,Hər qarış torpaq mənimdi,Türk idim hər zaman Türkəm

İçdiyim qanlı qımızdı,Bəxtimi Göy Tanrı yazdı,Türkeşdi,buryat,qırğızdı,Sarıquram,nayman Türkəm

Nicat Hunalp