Rəy sorğusu - İsraildə Netanyahuya olan inam sarsılıb...

Baş nazir Benyamin Netanyahu və tərəfdaşlarına ictimai dəstək HƏMAS hücumundan sonra iflasa uğrayıb...

Poliqon xəbər verir ki, bu barədə The Times of Israel qəzetinin məlumatında bildirilir. Qəzet qeyd edir ki, son rəy sorğusuna görə, seçicilər Beni Qantsın rəhbərliyi altında olan “Milli Birlik” Partiyasının tərəfinə keçiblər.

Son rəy sorğusuna görə, Knessetdə 12 yerə sahib olan Beni Qantsın partiyası yeni seçki olarsa parlamentdə 41-dən çox yerə sahib ola bilər.

İsrail parlamentində Netanyahunun “Likud” partiyası təmsilçiliyi isə 32-dən 19-a enəcək. Ultra-ortodiksal partiyalar da dəstəyini itiriblər.

Respondentlər Netanyahudan daha çox Qantsaa üstünlük verirlər: 48% Qantsı Baş nazir olaraq görmək istəyir, Netanyahu isə sorğuda iştirak edənlərion 29% səsini qazanıb.

“Bu onu deməyə əsas verir ki, HƏMAS-ın hücumları əhalinin ölkə rəhbərliyinə inamını və İsrailin təhlükəsizliyini yalnız Netanyahunun təmin edə biləcəyi barədə iddialarını sarsıdıb”, deyə The Times of Israel yazır.

Poliqon.info