Aİ Tayvanın müstəqilliyini tanımır, amma...

Avropa İttifaqı Tayvanı müstəqil dövlət kimi tanımır, lakin onunla əlaqələrin davam etdirilməsinə tərəfdardır...

Poliqon xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Çinin “South China Morning Post” qəzetinə açıqlamasında deyib.

Borrell vurğulayıb ki, Tayvanla bağlı məsələdə həm Taipei, həm də Pekin tərəfindən hədə-qorxu, məcburiyyət və təxribatlara yer olmamalıdır və gücdən istifadə edilməməlidir.

Bununla belə, o qeyd edib ki, Avropa İttifaqı Tayvanla müstəqilliyin heç bir siyasi tanınmasını nəzərdə tutmayan ikitərəfli əlaqələrin tərəfdarıdır və gərginliyi diplomatiya yolu ilə həll etməyə çağırır.

Cozep Borrell oktyabrın 12-dən 14-dək Pekində işgüzar səfərdədir. O, bir sıra Çin siyasətçiləri ilə görüşəcək, Pekin Universitetində çıxış edəcək, həmçinin Aİ-Çin Strateji Dialoqunun 12-ci iclasında iştirak edəcək.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi kimi tanıyır və müstəqil dövlət olaraq qəbul etmir. 1949-cu ildə müharibə başa çatdıqdan sonra Tayvan Çindən müstəqilliyini elan edib.

Poliqon.info