General-leytenantın komandan vəzifəsindən azad edilməsi xəbərinə qurumdan reaksiya - Foto, Yenilənib

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanı vəzifəsindən azad edilib...

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi barədə xəbərə qurumdan reaksiya verilib.

FHN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yayılmış xəbər doğru deyil.

“General-leytenant İlham Abdullayev işinin başındadır”, - deyə məlumatda qeyd edilib.

***

Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə FHN-nin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələ ki təyinat yoxdur.

Poliqon.info