İsrail Qəzzanın mülki əhalisini cənuba təxliyə etməyə çağırıb

İsrail Qəzzadakı mülki vətəndaşları təhlükəsizlikləri üçün cənub bölgələrinə təxliyə etməyə çağırıb...

Poliqon xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayıb.

Mülki şəxslərdən də İsraillə sərhədə yaxınlaşmamaq istənilib. BMT-nin məlumatına görə, yerdəyişmə üçün 24 saat vaxt verilir. Söhbət 1,1 milyon fələstinlidən gedir.

İsrail ordusunun bəyanatında deyilir: “İDF Qəzza şəhərinin bütün sakinlərini evlərini tərk etməyə, qorunmaq üçün cənuba doğru hərəkət etməyə və xəritədə göstərildiyi kimi Qəzza çayının cənubundakı ərazidə məskunlaşmağa çağırır. Həmas terror təşkilatı İsrail dövlətinə qarşı müharibəyə başlayıb. Qəzza şəhəri döyüşlərin getdiyi bölgədir. Evakuasiya şəxsi təhlükəsizliyiniz üçün lazımdır. Qəzzaya yalnız bildiriş verildikdən sonra qayıtmaq mümkün olacaq”, deyə İDF bildirib.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib ki, mülki şəxslər 24 saat əvvəldən təxliyə edilməlidir.

Poliqon.info