Rövnəq Abdullayev Estoniyaya niyə getməyib?

“Rövnəq Abdullayev Estoniya ilə oyuna gəlməli idi. Əvvəlcədən də nəzərdə tutulmuşdu”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O, AFFA prezidentinin sabah AÇ-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəkləri matçda olmayacağından danışıb:

“Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”.

Poliqon.info