Bakıda fəaliyyət göstərən marketdə saxta alkoqollu içkilər aşkarlanıb - Foto

Bakıda fəaliyyət göstərən marketdə saxta alkoqollu içkilər aşkarlanıb...

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ev 139 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Amin Maaruf Okba oğluna məxsus “Kamran” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Baxış zamanı ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 6 ədəd 1 litrlik və 11 ədəd 0,7 litrlik “Nemiroff Vodka”, 2 ədəd 1 litrlik, 1 ədəd 0,7 litrlik və 4 ədəd 0,5 litrlik “Olmeca Tequila Blanco”, 1 ədəd 0,7 litrlik “Olmeca Gold Tequila”, 1 ədəd 1 litrlik “Sierra Tequila”, 2 ədəd 1 litrlik və 2 ədəd 0,7 litrlik “Jagermeister” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi və orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Həmçinin içkilərə dair müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnsitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

Poliqon.info