İsrail HƏMAS-ın elit bölmələrinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın elit “Noxba” bölməsinin qərargahına hava zərbəsi endirib...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin (İDF) rəsmi telegram kanalında məlumat dərc olunub.

Məlumatda qeyd olunur ki, “Noxba” briqadasının üzvləri oktyabrın 7-də baş verən hücum zamanı fələstinli yaraqlılardan ibarət qruplara rəhbərlik ediblər.

“Elit “Noxba” bölməsi HƏMAS-ın yüksək rütbəli əməliyyatçıları tərəfindən seçilən və pusqu, basqın, hücum və gizli tunellər vasitəsilə sızma kimi terror aktları həyata keçirmək üçün təyin edilmiş terrorçulardan ibarətdir”, - deyə İDF-in mətbuat xidməti bildirib.

Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin qırıcı-bombardmançıları HƏMAS-ın “Rafah Briqadası” dəniz təxribatları üzrə baş mütəxəssisi Məhəmməd Əbu Şamalaya zərbələr endiriblər. İsrail kəşfiyyat xidmətlərinin məlumatına görə, onun iqamətgahı İsrailə hücumlar üçün nəzərdə tutulan silahların saxlanması üçün istifadə olunub.

Poliqon.info