Kissincer Almaniyanı günahlandırdı, HƏMAS-ın əsl məqsədini açıqladı

ABŞ-ın keçmiş Dövlət Katibi Henri Kissincer Berlindəki anti-İsrail yürüşünü şərh edərkən Almaniya hakimiyyətini günahlandırıb...

Poliqon Politco nəşrinə istinadən xəbər verir ki, keçmiş Dövlət Katibi Almaniya hakimiyyətinin müxtəlif mədəniyyətlərə, dinlərə və baxışlara sahib həddən artıq çox miqrant qəbul etməsini səhv addın adlandırıb.

"Tamamilə fərqli mədəniyyətlərə, dinlərə və baxışlara malik bu qədər əcnəbini qəbul etmək ciddi səhv idi", deyə Kissincer bildirib.

Sabiq dövlət katibi hesab edir ki, miqrantların çox olduğu ölkələrdə siyasətə və ictimai rəyə təsir edən qruplar yaranır.

Həmçinin ABŞ-ın keçmiş dövlət katibi qeyd edib ki, Yaxın Şərqdə münaqişənin gərginləşməsi təhlükəsi var. Onun fikrincə, Fələstin HƏMAS hərəkatının və tərəfdarlarının əsl məqsədi "ərəb dünyasını İsrailə qarşı səfərbər etmək"dir.

Poliqon.info