İsrail və Misir Qəzzadan əcnəbilər üçün dəhliz yaratmaq barədə razılığa gəliblər

Hazırda Qəzza zolağında 500-dən çox amerikalı və yüzlərlə başqa əcnəbilər var...

İsrail və Misir yüzlərlə amerikalı və digər əcnəbilərin Qəzza zolağından təhlükəsiz çıxışı üçün dəhliz yaratmaq üçün prinsipial razılığa gəliblər.

Poliqon xəbər verir ki, bu barədə Axios portalı cümə axşamı, oktyabrın 12-də məlumat yayıb. Məlumatı ABŞ və İsrail rəsmiləri portala təsdiqləyiblər.

Amerika və İsrail rəsmiləri qeyd ediblər ki, bu razılaşmanı tez bir zamanda həyata keçirmək kifayət qədər çətindir. Bu, əsasən, vətəndaşların təhlükəsiz çıxışı üçün atəşkəsin tələb olunacağı ilə bağlıdır, deyə Axios yazır.

Hazırda Qəzza zolağında 500-dən çox amerikalı və digər ölkələrin yüzlərlə vətəndaşı var. Portal öz mənbələrinə istinadən xəbər verir ki, onların arasında Birləşmiş Millətlər Təşkilatının işçiləri, qeyri-hökumət təşkilatlarının üzvləri və jurnalistlər də var.

İsrail və Misirlə sərhədlərin bağlanması və İsrailin davam edən hava hücumlarının Qəzzanı tərk etməyi demək olar ki, qeyri-mümkün etdiyi vurğulanır. Xəbərdə deyilir ki, İsrailin gözlənilən quru əməliyyatı vəziyyəti daha da çətinləşdirəcək.

Poliqon.info