Ukraynanın taxıl ixracından əldə etdiyi gəlir təxminən 3 dəfə azalıb

Dünya bazarına taxıl tədarükünün azalması Kiyevin bu sahədəki gəlirlərinə ciddi təsir edib...

Dünya bazarlarına taxıl ixracının azalması Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi gəlirə təsir edib.

Poliqon xəbər verir ki, “RİA Novosti” Agentliyi bu qənaətə Ukraynanın Kənd Təsərrüfatı və Gömrük Nazirliyinin məlumatlarını təhlil etdikdən sonra gəlib. Agentliyin məlumatına görə Kiyev tədarük həcmini illik ifadədə 2,3 dəfə azaldıb, buna görə də gəliri də 2,8 dəfə azalıb. “Taxıl müqaviləsi”nə xitam verildikdən sonra Ukrayna iyulda qarğıdalı, buğda və arpa ixracını 38%, avqustda isə daha 2% azaldıb.

Kənd təsərrüfatı məhsullarının tədarük həcmində əsas azalma limanlarda baş verib ki, burada göstərici 14% pisləşib. Problemlər bərələrlə ixraca da 2,4 dəfə, yük avtomobilləri ilə isə 1,5 dəfə təsir edib.

Qeyd eək ki, sentyabrın 15-də Avropa Komissiyası bir sıra Avropa ölkələrinə Ukrayna taxılının idxalına qoyulan məhdudiyyətləri uzatmayıb. Lakin Polşa, Macarıstan və Slovakiya bu cür məhsullara öz embarqolarını qoyub.

Poliqon.info