Ramzan Kadırov Stalini satqın adlandırdı

Çeçenistanın rəhbəri Ramzan Kadırov Qroznının 205 illiyinə həsr olunmuş təbrik nitqi zamanı Sovet lideri İosif Stalini tənqid edib...

Poliqon xəbər verir ki, Vaynax Dövlət Televiziya və Radio Yayımları Şirkətinin "Telegram" kanalında yayımlanan çıxışında Kadırov Stalini "satqın" adlandırıb.

"Bu gün heç kim deməyəcək ki, çeçenlər satqındırlar. İosif Stalin nəinki çeçen xalqını, hətta başqa müxtəlif xalqları deportasiya edən bir xain idi. O vaxt xalqı və respublikası üçün məsuliyyət daşıyan lider yox idi. Bu gün bir komanda var. Heç bir adam qərar vermir - biz hər şeyə birlikdə, birgə qərar veririk və ən məsuliyyətli qərarları qəbul edirik", deyə deyə Ramzan Kadırov bildirib.

Qeyd edək ki, Qroznı şəhərinin əsası 1818-ci ildə qoyulub. Çeçenistan Respublikasının paytaxtı ərazisinə görə Şimali Qafqazın ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir.

Poliqon.info