Azərbaycan iqtisadiyyatı bir faizə yaxın böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 milyard 812,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub...

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3 faiz artıb.

ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizni təşkil edib.Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 8 949 manat olub.

Poliqon.info