Qəzzada BMT-nin 9 əməkdaşı həlak olub

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) əməkdaşları İsrailin Qəzzanın bombardman etməsi nəticəsində həlak olub...

APA xəbər verir ki, bu barədə BMT Agentliyinin rəsmisi "Associated Press"ə bildirib.

Agentliyin kommunikasiyalar üzrə direktoru Culiette Touma deyib ki, Agentliyin 9 əməkdaşı Qəzzada həlak olub. Onlar İsrail təyyarələrinin yaşadıqları binaları bombardman etməsi nəticəsində həyatlarını itiriblər.

"Münaqişə zamanı mülki şəxslərin müdafiəsi hər şeydən vacibdir. Onlar müharibə qanunlarına uyğun olaraq qorunmalıdır".

Touma bildirib ki, UNRWA-nın sığınacağına çevrilmiş 18 məktəb bombardman nəticəsində zədələnib və Agentliyin Qəzza şəhərindəki qərargahı da zərər görüb.

Poliqon.info