Fələstin itkilərini açıqlayıb

İsrail və Fələstin arasında münaqişənin yeni eskalasiyası qurbanlarının sayı ilə bağlı məlumatlar açıqlanıb...

Poliqon xəbər verir ki, Qəzza zolağının Səhiyyə Nazirliyi 950 vətəndaşın öldüyünü, daha 5000 nəfərin yaralandığını bildirib.

İsrail və Fələstin arasında münaqişənin yeni eskalasiyası qurbanlarının sayı ilə bağlı məlumatlar açıqlanıb. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, 950 vətəndaş həlak olub, daha 5000 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyinin rəis müavini doktor Yusif Əbu Əl-Riş bildirib ki, bütün xəstəxana çarpayıları yaralılarla doludur, dərman və tibbi ləvazimatlar tükənir.

Öz növbəsində, Fələstin Səhiyyə Nazirliyi qurbanların təxminən 60 faizinin qadın və uşaqlar olduğunu açıqlayıb.

Poliqon.info