İsrail ordusu HƏMAS-ın hərbi mərkəzini İslam Universitetini vurub

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının İslam Universitetinə hücum edib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi Telegram kanalında dərc olunan mesajda deyilir.

“Bir müddət əvvəl İsrail ordusu HƏMAS terror təşkilatının Qəzza zolağında mühüm əməliyyat və hərbi mərkəzinə - İslam Universitetinə zərbələr endirib. Universitet hərbi kəşfiyyat zabitləri və silahların inkişafı və istehsalı üçün Həmas təlim düşərgəsi kimi istifadə olunurdu. HƏMAS terrorizm üçün vəsait toplamaq üçün universitet konfranslarından istifadə edirdi. Universitet HƏMAS-ın yüksək rütbəli rəhbərliyi ilə sıx əlaqələr saxlayıb”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, İsrail ordusu hazırda Qəzza zolağında irimiqyaslı zərbələri davam etdirir.

Poliqon.info