ABŞ hərbçisi məxfi məlumatları Çin kəşfiyyatına ötürdüyünü etiraf edib

ABŞ Hərbi Dəniz Qüvvələrinin əməkdaşı Venhon Çjao məxfi məlumatları Çinə ötürməkdə günahını etiraf edib...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi federal prokurorlara istinadən məlumat yayıb. Amerika hərbiçisi məxfi məlumatları pul qarşılığında Çinə ötürüb.

26 yaşlı Venhon Çjaoya avqustun 4-də ittiham irəli sürülüb. Əvvəlcə o, günahını inkar edib. Ədliyyə Nazirliyinin məlumatına görə, hərbçi Çin kəşfiyyatının zabiti ilə əlbir olub. Ona təlimlər, əməliyyatlar barədə və dəniz obyektlərindən foto və videoları ötürüb. Federal prokurorluqdan bildiriblər ki, bu xidmətlərin müqabilində Çjao 15 min dollar alıb.

Göndərilən məlumatlar arasında ABŞ-ın Hind-Sakit Okean regionunda keçirdiyi irimiqyaslı hərbi təlimlərə dair məlumatlar da olub ki, burada dəniz qüvvələrinin yerləşdiyi yerlər ətraflı təsvir edilib. İttihamnamədə deyilir ki, Çin kəşfiyyatçısı bu məlumatın “iqtisadi araşdırmalar aparmaq və investisiya qərarları vermək” üçün lazım olduğunu bildirib.

Poliqon.info