ÜST Qəzzaya humanitar dəhliz açmağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail tərəfindən tam mühasirəyə alınan Qəzza zolağına giriş və çıxış üçün humanitar yardım dəhlizinin yaradılmasına çağırıb...

APA AFP-ya istinadən xəbər verir ki, ÜST Qəzza zolağındakı tədarüklərinin artıq tükəndiyini bildirərək buradakı xəstəxanaların bu təchizata çox ehtiyacı olduğunu bildirib.

BMT-nin səhiyyə agentliyi vurğulayıb ki, səhiyyə obyektləri qorunmalıdır.

"ÜST zorakılığa son qoymağa çağırır... kritik tibbi ləvazimatların insanlara çatdırılması üçün humanitar dəhliz lazımdır", - ÜST-ün sözçüsü Tarik Jasareviç Cenevrədə mətbuat brifinqində deyib.

"Təchizatın ora çatdırılması lazımdır: xəstəxanalar yanacaqsız, elektriksiz işləyə bilməz. Daha yerləşdirdiyimiz tədarüklər artıq tükənir, ona görə də bu təchizatların gəlməsinə ehtiyacımız var", ÜST rəsmisi deyib.

Poliqon.info