Bakıda gündəlik 1 milyon kubmetr çirkab su təmizlənmədən axıdılır

Hər gün Bakıda təxminən 1 milyon kubmetr tullantı suyu mərkəzləşdirilmiş təmizlənmədən keçmədən ətraf mühitə axıdılır ki, bu da ümumi axının 40 %-i deməkdir...

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

"Başqa bir problem isə irimiqyaslı layihələrin icrası zamanı yol verilən uyğunsuzluqlardır. Məsələn, Bakının Pirşağı qəsəbəsində 60 min insan üçün nəzərə tutulan sutəmizləyici qurğu qurulub. Amma tullantı sularını təmizləyici qurğuya yönəldəcək kanalizasiya sistemi qurulmayıb. Lökbatan qəsəbəsində isə sutəmizləyici qurğu yoxdur, amma bütün xətlər çəkilib. Layihələrin bir-birinə uyğunlaşdırılması yaxşı olardı", - deyə o qeyd edib.

Poliqon.info