Ekspert: Rusiya Baltikyanı ölkələrə hücum edə bilər

Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl demişdi ki, Rusiya Federasiyasına məhv edilmiş hərbi potensialını bərpa etmək üçün 2028-ci ilə qədər vaxt verilsə, onlar Ukraynaya qarşı nəinki yeni müharibəyə başlaya, hətta Baltikyanı ölkələrə (Latviya, Litva və Estoniya) də hücum edə bilər...

Poliqon xəbər verir ki, Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırılması Mərkəzinin direktoru Vitali Kulik Zelenskinin açıqlamasına münasibət bildirib. "Unian"a danışan ekspert bildirib ki, Moskvanın belə bir addım atması istisna deyil:

"Düşünürəm ki, bu, Rusiyanın Qərbə zərbə vurmaq və danışıqlara məcbur etmək, özünün imperiya kimi müstəsna statusunu tanıtmaq üçün asimmetrik addım kimi həyata keçirə biləcəyi bir ssenaridir".

Vitali Kulik belə bir ssenarini mümkünsüz hesab etmir: "2019-cu ildə Rusiyanın Ukraynaya hücumu da qeyri-mümkün hesab olunurdu. Amma bu baş verdi".

Qeyd edək ki, Estoniya, Latviya və Litva Şimali Atlantika Alyansının (NATO) üzvüdür. Latviya, Litva və Estoniya hakimiyyətləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra dəfələrlə kremlin mümkün hücumu ilə bağlı narahatlıqlarını ifadə ediblər. İlin əvvəlində Pentaqonun rəhbəri Lloyd Ostin qeyd edib ki, ABŞ lazım gələrsə, baltikyanı ölkələri müdafiə etməyə hazırdır.

Poliqon.info