Abşeronda yük və minik avtomobilləri toqquşub, ölən var

Abşeronda yük və minik avtomobilləri toqquşub, ölən var...

“Report” xəbər verir ki, hadisə oktyabrın 1-i Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Q.Aslanov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Əfsər Hacıyevin idarə etdiyi “Man” markalı yük avtomobili ilə Ziyad İsmayılovun idarə etdiyi “Vaz 21902” markalı avtomobil işıqforda toqquşub, nəticədə sonuncu aldığı xəsarətlərdən ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Poliqon.info