Şimali Koreya nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib

Şimali Koreyanın Milli Aerokosmik Texnologiya Administrasiyasının tədqiqatçısı Li Sonq Cin bildirib ki, ABŞ-ın kosmosu hərbiləşdirməsi nüvə müharibəsinə səbəb ola bilər...

Poliqon xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Linin sözlərinə görə, ABŞ-ın məqsədi qonşu ölkələrə qarşı qabaqlayıcı zərbə imkanlarını inkişaf etdirmək üçün kosmosdan yararlanmaq və bununla da Şimali Koreya, Çin və Rusiya da daxil olmaqla regional hərbi güclər üzərində üstünlük təmin etməkdir.

“ABŞ-ın Koreya yarımadasına və ətraf ərazilərə genişmiqyaslı kosmik qüvvələr yerləşdirdiyi və qabaqlayıcı nüvə zərbəsi ilə kosmosun hərbiləşdirilməsi üçün intensiv şəkildə çalışdığı bir şəraitdə, kosmik kəşfiyyat layihələri, o cümlədən hərbi kəşfiyyat peykləri ölkəmizin təhlükəsizliyinin və hüquqlarının təmin olunmasında mühüm addımdır”, deyə koreyalı alim vurğulayıb.

Poliqon.info