Olaf Şolts üçün fəlakət: Kansler hakimiyyəti itirir...

Bavariya və Hessendəki seçkilər Olaf Şolts hökuməti üçün fəlakət olub. Kansler və müttəfiqləri üçün yeganə çıxış yolu təcili siyasi resetdir (böyük sıfırlama)...

Poliqon xəbər verir ki, bu barədə “Focus” nəşri yazır.

"Berlində hakim koalisiyanı təşkil edən Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyası (FDP) sadəcə məğlubiyyət deyil, əsl fəlakət adlandırıla biləcək məğlubiyyətə uğradı", yazan "Focus" qeyd edir ki, bazar günündən sonra Berlində hər şey dəyişəcək və siyasi mənzərə tamamilə fərqli olacaq.

Nəşr qeyd edir ki, almanlar arasında ən böyük qıcıq hakimiyyətin sözləri ilə əməlləri arasındakı uyğunsuzluqdur:

"Bu onu göstərir ki, Olaf Şolts özünü yaxşı hökumət başçısı hesab edə bilər, amma əslində belə deyil. O, əldə etdiyi nailiyyətlərdən danışdıqca əhali arasında şübhələr artır. Kansleri başa düşməyən xalq deyil, xalqı başa düşməyən kanslerdir", deyə nəşr yazır.

Politoloq, Avrasiya Cəmiyyətinin (Berlin) sədri Aleksandr Rar hesab edir ki, Bavariya və Hessendə aralıq seçkilərin nəticələrindən sonra Olaf Şolrsun hökumət koalisiyası məğlub olub. Ekspertin fikrincə, mühafizəkarların öndə getdiyi vəziyyət və “Almaniya üçün Alternativ”in (AfD) böyük uğur qazanması göstərir ki, mövcud hökumət koalisiyası uğursuzluğa düçar olur.

Poliqon.info