HƏMAS tibbi yardım üçün Qəzzə zolağına dəhliz açılmasını istəyir

Qəzza zolağının Səhiyyə Nazirliyi xəstəxanalara tibbi yardımın çatdırılması üçün dəhlizin açılmasına çağırıb...

Qəzza zolağının Səhiyyə Nazirliyi anklavdakı xəstəxanalara lazımi tibbi yardımın çatdırılması üçün təcili dəhlizin açılmasını xahiş edir.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki. bu barədə idarənin telegram-kanalında deyilir.

“Biz aidiyyatı qurumları Qəzza zolağındakı xəstəxanalara təcili tibbi yardımın çatdırılması üçün təhlükəsiz dəhliz açmağa çağırırıq”, deyə bəyanatda deyilir.

Bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının tamamilə blokadaya alınması əmrini verdiyini bildirib. Qalant Cənub Komandanlığında vəziyyəti dəyərləndirərək vurğulayıb ki, indi Qəzzada elektrik, qida, yanacaq olmayacaq, hər şey İsrail qüvvələri tərəfindən əngəllənib.

Poliqon.info