ABŞ öz qoşunlarını Fələstin-İsrail münaqişəsinə cəlb etməyəcək

ABŞ-ın Fələstin-İsrail münaqişəsi zonasına qoşun yeritmək planı yoxdur...

Poliqon xəbər verir bunu Ağ Evin sözçüsü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.

Kirbi brifinqdə müvafiq sualı cavablandırarkən deyib: “ABŞ-ın münaqişə yerinə qoşun göndərmək niyyəti yoxdur”.

Kirbi qeyd edib ki, əgər İsrailə əlavə maliyyə dəstəyi üçün Ağ Evin Kapitoliya təpəsinə qayıtma ehtiyacı olsa, bunu mütləq edəcəklər.

Qeyd edək ki, ABŞ Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda artıq İsrailə dəstək tədbirləri həyata keçirir. Pentaqon Yaxın Şərqdə əlavə F-35 və F-15 qırıcılarını yerləşdirirlər ki, bu da eyni zamanda İranı və İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq üçün tədbir kimi qəbul edilir.

Poliqon.info